ərəb. mürəkkəb adların tərkibində işlənən nur və fars. dida (əslində dide, göz deməkdir) sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Nurdidə (bax: ad – NUR) qadın adı gözün işığı, gözün nuru mənasını ifadə edir. Adın təhrif olunmuş forması Nuridə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad, əsasən, Nuridə şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti