Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

musson

ər.mövsüm

Troposferin alt hissəsində böyük sahələrdə atmosfer təzyiqi arasında fərq nəticəsində yaranan mövsümi hava axını, külək.

Yay və qış M.-u mövcuddur. Yay M.-u okeandan quruya doğru əsir və bol rütubət gətirir. Qış M.-u qurudan okeana doğru hərəkət edir və quraqlıq yaradır. M.-lar, əsasən, Şərqi, Cənubi və Cənub-Şərqi Asiya üçün xarakterikdir. Zəif formada M.-lara Afrika, Cənubi Amerika və Avstraliyanın məhdud ərazilərində də rast gəlinir.

Coğrafiya terminləri lüğəti