Metasomatizm nəticəsində əmələ gəlmiş yataqlar.
Əmələ gəlmə temperaturuna görə yüksək, orta və alçaq temperaturlu yataqlara ayrılır. Yüksək temperaturlu yataqlara qara, əlvan və nadir metal filizlərinin skarn və qreyzen yataqları, orta temperaturluya polimetal filizlərin hidrotermal yataqları, alçaq temperaturluya isə uran və misin infiltrasion yataqları daxildir. M.Y., əsasən, karbonat (əhəngdaşı, dolomit) və silikat süxurlarda əmələ gəlir.
Coğrafiya terminləri lüğəti