ərəb. macid sözündəndir. Məcidə qadın adı böyük, ulu, əzəmətli, tanınmış, adlı-sanlı, görkəmli, şanlı, şərəfli anlamlarını ifadə edən Məcid kişi adından (bax: ad – MƏCİD) ənənəvi yolla yaranmışdır.
Qeyd etmək lazımdır ki, ərəblərdə daha çox Məcidə (ərəb dilində tələffüzü fərqlidir) qadın adı geniş yayılmışdır. Bizdə isə əksinə, məişətimizdə Məcidə qadın adına nisbətən Məcid kişi adı daha geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti