Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

krater

yun. krater – fincan

1. Vulkan püskürməsi zamanı onun zirvəsində yaranan qıf və ya fincan formalı çökəklik.

K.-in diametri bir neçə kilometrə, dərinliyi yüzlərlə metrə çata bilər. Onun dibində bir və ya bir neçə vulkan boğazı, donmuş lava, digər vulkanik materiallar, bəzi hallarda lava gölü olur.

2. Yer səthinə meteoritin düşməsi və ya güclü süni partlayış nəticəsində əmələ gələn çökəklik.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti