Reklam
Reklam

Tarix terminləri lüğəti

kapitalizm

lat. capitalis – əsas, başlıca

Xüsusi mülkiyyət, hüquq bərabərliyi, azad sahibkarlıq və muzdlu əməkdən istifadəyə əsaslanan iqtisadi istehsal və bölgü sistemi.

Bu termini ilk dəfə 1854-cü ildə ingilis yazıçısı Uilyam Tekkerey işlədib. Geniş dövriyyəyə isə o, marksistlər tərəfindən daxil edilib. Marksizmə görə, K. ictimai-iqtisadi formasiyafeodalizmi əvəzləyib və kommunizmdən əvvəl gəlir. Bununla belə, indiyədək K. termininin vahid tərifi formalaşmayıb, ən geniş yayılmış təriflərdən biri isə Britaniya ensiklopediyasında əksini tapıb: “K. (bazar iqtisadiyyatı, azad sahibkarlıq) – feodalizmin süqutundan sonra Qərb dünyasında hökmranlıq edən iqtisadi sistem. Burada istehsal vasitələrinin əksəriyyəti üzərində xüsusi mülkiyyət hökm sürür, istehsal və bölgü bazar mexanizmlərinin təsiri altında həyata keçirilir”.

Tarix terminləri lüğəti