fazil (əslində fadıl) sözündəndir. Sonrakı mərhələdə farssayağı oxunuş nəticəsində fazil şəklinə düşmüşdr.
Bu gün dilimizdə ləyaqətli, üstün, fəzilət sahibi, fəzilətli, əxlaqlı, gözəl xasiyyətli, yetkin, biliyi, ağlı, əxlaqı, gözəlliyi sayəsində üstün olan mənalarını ifadə edən Fazil adı ilə yaxın Feyzi (bax: ad – FEYZİ), Fəzlullah (bax: ad – FƏZLULLAH), Fəzli (bax: ad – FƏZLİ) və s. adlar da mövcuddur. Fazil adı artıq neçə əsrdir ki, məişətimizdə geniş yayılmış şəxs adlarındandır. Şərqdə alimül-fazil ifadəsi çox işlənir, əsasən, tanınmış ziyalılara, elm adamlarına deyilir. Adın daşıyıcılarından ömrünü İslam maarifinin çiçəklənməsinə və təbliğinə həsr etmiş, Nəcəf elm mərkəzində dərs demiş Fazil İrəvanlı (1817-1888) ölçüyəgəlməz dərəcədə dərin dini biliyə malik olmaqla yanaşı, əxlaq və mənəviyyat, iman və təqva baxımından da çox yüksəkdə duran şəxsiyyətlərdən olmuşdur. İslam dini ilə əlaqədar 15-ə yaxın əsərin müəllifi, Ayətullahu’l-uzma Fazil İrəvani Nəcəf şəhərində haqqa qovuşmuş və elə orada da dəfn olunmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti