cevdat (əslində caudat) sözündən olub, xalis, saf, qüsursuz olmaq anlamlarını ifadə edir.
Məişətimizdə həm Cevdət, həm də Cövdət formasında mövcuddur. Rəsmi sənədlərdə bəzən Cevdət, bəzən də Cövdət yazılmış, bununla da eyni antroponimin iki variantı yaranmışdır. Bizdə Cövdət adına çevrilmiş ərəblərin “caudət” sözü üstünlük, yüksək keyfiyyət, ləyaqət mənalarını ifadə edir. Tələt adı kimi, əsli qrammatik qadın cinsindəndir. Lakin Türkiyədə kişi adına çevrildikdən sonra əsrimizin əvvəllərində xalqımızın da məişətinə daxil olmuşdur. Məişətimizdə Cövdətdən daha qədim, lakin onunla eyni kökdən olan Cavad (bax: ad – CAVAD) adı da var. Cevdət/Cövdət kişi adı səxavətli, qəlbi geniş adam anlamındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti