Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

boğmaq [boğmax] feil

1. Boğazı sıxmaqla nəfəs yolunu, nəfəsini kəsmək. Boğazından yapışıb boğmaq. Boyunduruq öküzün boynunu boğur.

2. Nəfəs almağı çətinləşdirmək, nəfəs almağa qoymamaq. Buranın havası adamı boğur.
3. Boğub öldürmək. Çaqqal toyuqları boğdu.
4. Suya batırıb öldürmək. Küçüyü suya atıb boğmaq.
5. Əl, ip və s. ilə sıxmaq; tarım çəkmək, bağlamaq, sarımaq.Çuvalın ağzını boğmaq. Borunun bir tərəfini boğ, su axmasın. ..gümüş kəmərini açaraq, bir az daraltdı və belini boğdu. (S.Rəhimov).
6. Məcazi mənada: yolunu daraldaraq suyunu azaltmaq (arxın).
7. Məcazi mənada: inkişaf etməyə, yayılmağa, güclənməyə qoymamaq; qabağını almaq.Azadlığı boğmaq.
8. Məcazi mənada: yatırtmaq, məhdudlaşdırmaq, üzə çıxmasına, görünməsinə, eşidilməsinə mane olmaq. Acığını boğmaq. Hirsini boğmaq. Qəzəbini boğmaq.
9. Məcazi mənada: xam atı öyrətmək, sakitləşdirmək, ram etmək.

See also:

frazeologizm: acığını boğmaq frazeologizm: göz yaşlarını boğa bilməmək frazeologizm: hirsini boğmaq (cilovlamaq) frazeologizm: qəzəbini boğmaq frazeologizm: porsuq boğmaq frazeologizm: yaş boğmaq Azərbaycan dilinin izahlı lüğəti