Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

basdırmaq [basdırmax] feil

1. Əkmək, sancmaq. Gül basdırmaq. Ağac basdırmaq.
2. Quyulamaq, torpağa gömmək. Ölü basdırmaq.
3. Üstünü örtmək, torpağın altında gizlətmək.Qızılı torpağa basdırmaq. Dəniz kənarında bədənini quma basdırmaq.
4. Məcazi mənada: üstünü örtmək.Cinayətin üstünü basdırmaq.
5. Qatlayıb tikmək. Paltarın ətəyini basdırmaq.
6. Dişi heyvanı erkək heyvanla cütləşdirmək.
7. Cücə çıxartmaq üçün yumurtaları kürt toyuğun altına qoymaq.Kürt toyuğu basdırmaq.
8. Otarmaq, tapdalatmaq, əzdirmək. Əkini mal-qaraya basdırmaq.
9. Arxaizm. Dərc etdirmək, çap etdirmək. İlk şerimi məktəbimin qəzetində basdırdım. (S.Rüstəm)

See also:

frazeologizm: işin üstünü basdırmaq Azərbaycan dilinin izahlı lüğəti