mürəkkəb adların tərkibində iştirak edən Bala və Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Balaəli (bax: ad – BALA; ƏLİ) kişi adı balaca Əli mənasındadır. Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Balaəli adı bu gün Baləli formasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti