yun. anti – əks, klino – əyilmə + yun. oros – dağ
Yer qabığının qabarması nəticəsində yaranmış kələ-kötür, ümumilikdə antiklinal xarakter daşıyan mürəkkəb qırışıqlıq.
A.-un uzunluğu yüz, eni on kilometrlərlə ola bilər. Çox böyük A. meqantiklinorium adlanır. A. geosinklinal sahələr üçün xarakterikdir. A.-un oxu boyunca səthə çıxmış qədim çökmə, bəzən intruziv süxurlara təsadüf edilir. Azərbaycanda Tufandağ, Murovdağ, Qaradağ və s. A.-lara aiddir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti