Reklam
Reklam

Tarix terminləri lüğəti

Alban əlifbası

Qafqaz albanlarının əlifbası.

A.Ə.-nın nə zaman və kim tərəfindən yaradıldığı indiyədək mübahisə doğurur. Elmdə ən geniş yayılmış mülahizəyə görə, A.Ə. V əsrin birinci rübündə indiki Azərbaycan ərazisində meydana gəlib. Bu əlifba ilk dəfə 1937-ci ildə gürcü tədqiqatçısı İlya Abuladze tərəfindən XV əsrə aid bir əlyazmada (dərslikdə) aşkarlanıb. 1948-ci ildə Mingəçevirdə arxeoloji qazıntılar zamanı üzərində A.Ə. ilə yazılar olan bir neçə maddi mədəniyyət nümunəsi tapılıb. A.Ə. 52 hərfdən (10 sait və 42 samit) ibarət olub və V–VII əsrlərdə məktəblərdə geniş tədris edilib, bu əlifba ilə dini, elmi və bədii əsərlər yazılıb. Erməni və alban kilsələri arasında gedən mübarizədə xilafətin dəstək verdiyi erməni kilsəsinin qələbə qazanmasından sonra alban dilində olan ədəbiyyat qadağan edilib. Bu amil, eləcə də Albaniyada ərəb hakimiyyətinin möhkəmlənməsi, ərəb dili və əlifbasının yayılması VIII əsrdən etibarən A.Ə.-nın tədricən istifadədən çıxmasına və unudulmasına səbəb olub.

See also:

Tarix terminləri lüğəti