Onlayn lüğət

Ən son əlavə edilənlər

41

anatomiya

Canlı orqanizmin forma və quruluşu haqqında elm.  Anatomiya biologiyanın bir sahəsidir....    Ətraflı

42

andante

Orta sürətli, mülayim, sakit temp; bu tempdə ifa edilən musiqi əsəri.  Sonata, simfoniya kimi əsərlərin ağır tempdə olan hissəsi də andante adlanır....    Ətraflı

43

andantino

Andanteyə nisbətən daha canlı, yeyin temp....    Ətraflı

44

animasiya

Şəkilləri hərəkətə gətirməklə çəkilən film, canlandırma....    Ətraflı

45

animato

Böyük ruh yüksəkliyi ilə, canlı surətdə olan temp....    Ətraflı

46

ansambl

1. Bir yerdə çıxış edən və bir bədii kollektiv təşkil edən çalğıçılar, müğənnilər və rəqqaslar dəstəsi; kiçik ifaçı (duet, trio, kvartet) heyəti üçün yazılmış musiqi ə...    Ətraflı

47

antibiotik

Mikrobların törəməsinin qarşısını alan və yaxud onları öldürən kimyəvi maddə.  İlk antibiotiki – penisillini 1928-ci ildə A.Fleminq kəşf etmişdir....    Ətraflı

48

antik

Qədim yunan və Roma ictimai quruluşuna, mədəniyyətinə, incəsənətinə aid olan.  Antik dedikdə tarixin e.ə. I minilliyin əvvəllərindən e.ə. V əsrə qədərki dövrü nəzərdə...    Ətraflı

49

antonimlər

Mənaca bir-birinə əks olan sözlər; məsələn: yer – göy, isti – soyuq, sülh – müharibə, gülmək – ağlamaq, ağ – qara və s.  Kökləri eyni olan sözləri antonim adlandırmaq...    Ətraflı

50

antrakt

1. Səhnə tamaşalarının ayrı-ayrı pərdələri arasında fasilə, tənəffüs.
2. Səhnə tamaşalarının ayrı-ayrı pərdələri arasında ifa edilən musiqi əsəri....    Ətraflı

51

aplikasiya

Rəngli kağız, dəri və ya parçaların kağız və ya parça üzərinə yapışdırma yolu ilə ornamentlərin yaradılması üsulu....    Ətraflı

53

arfa

Üçbucaq formasında çərçivənin içərisinə müxtəlif uzunluqda və kökləmədə simlər çəkilmiş simli alət.  Qədim musiqi aləti olan arfanın 46 simi var və barmaqla çalınır....    Ətraflı

54

ariya

Opera və ya irihəcmli vokal-instrumental əsərin tərkibində vokal əsər növü.  Ariya müğənni tərəfindən orkestrin müşayiəti ilə ifa olunur; məsələn: Üzeyir Hacıbəylinin...    Ətraflı

56

arqument

Sübutların əsasını təşkil edən məntiqi müddəalar, dəlillər, faktlar....    Ətraflı

57

arşın

0,71 metrə bərabər qədim uzunluq vahidi; bu uzunluqda olan ölçü aləti.  Metrik ölçü sistemi qəbul olunanadək əsas uzunluq ölçüsü kimi arşından istifadə edilirdi....    Ətraflı

58

artist

İncəsənət əsərlərinin ifaçısı (aktyor, çalğıçı, müğənni)....    Ətraflı

59

arxaizmlər

Müasir dövrdə ünsiyyət prosesində işlədilməyən köhnəlmiş söz və ifadələr; məsələn: toppuz (silah növü), yasavul (polis), kəndxuda (kəndin başçısı), çuxa (kişi geyimi),...    Ətraflı

60

arxeologiya

Qazıntı yolu ilə tapılan mədəniyyət nümunələrinə əsasən qədim xalqların yaşayış və mədəniyyətini tədqiq edən elm.  Arxeoloji qazıntılar zamanı tapılan mədəniyyət nümu...    Ətraflı