Tabesiz mürəkkəb cümlələrdə ardıcıl baş verən hadisələrin sadalandığı tərkib hissələri arasındakı məna əlaqəsi. □ Nümunə: Qapı açıldı, o, narahat bir vəziyyətdə içəri daxil oldu. Sel kimi yağış yağmağa başladı, bir azdan səmada günəş göründü.... Ətraflı
Del arte komediyasında əsas maska-obrazlardan biri. Qara maskada, kəndli geyimində çıxış edən A. del artenin şimal (Venesian) qrupuna aid ən məşhur maska-obrazlardan biri idi.... Ətraflı
Müəyyən təbəqənin və ya məhdud bir qrupun işlətdiyi, başqalarının başa düşmədiyi şərti söz və ifadə; məs.: sürücü arqosu, oğru arqosu, tələbə arqosu və s. □ Bir çox hallarda “arqo” və “jarqon” terminləri eyniləşdirilir. Bəzi mənbələrdə isə arqonun... Ətraflı
Mövzusu keçmiş dövrlərlə bağlı olan əsərlərdə arxaizmlərin işlədilməsi ilə səciyyələnən üslub. Nümunə: “... Yerə palaz sərdi, bir misqal da un itməsin deyə üstünə dəstərxan döşədi, torbadan ovuc-ovuc aldığı arpanı əldaşının boğazına töküb dəstəy... Ətraflı
1. Müasir dövrdə ünsiyyət prosesində işlədilməyən köhnəlmiş söz və ifadələr. A.-lər ümumişlək olmayan sözlər kateqoriyasına daxildir; məs.: sayru (xəstə), damu (cəhənnəm), həp (hamı) və s. Folklorda və klassik ədəbiyyatda tez-tez rast gəlinən A.... Ətraflı
Şifahi xalq ədəbiyyatında geniş istifadə olunan qədim mifoloji süjet, ideya və obrazlar. A. anlayışını ilk dəfə elmə gətirən Karl Qustav Yunq olub. Azərbaycanda bu mövzunu fəlsəfi-psixoloji aspektdə professor Həsən Quliyev özünün “Qorqud nəslini... Ətraflı
Ədatların məna növlərindən biri: kaş, təki, barı, gərək, kaş ki, bircə və s. □ Arzu ədatları ilə işlənən feillər arzu şəklində olur; məs.: Kaş mən də böyüyüb Səttarxan qoşununa fədai yazılaydım (Mir Cəlal).... Ətraflı
Uşağın böyüməsi, sağlamlığı, toyu, xoşbəxt həyatı və s. ilə bağlı məişət nəğmələri. A.-da ananın uşaqlarla bağlı hiss və düşüncələri, qayğıları, diləkləri öz əksini tapır. A. formaca müxtəlif olur. Onların içərisində bir beytlik parçalara: Balam... Ətraflı
Üslubi fiqur: fikri daha ekspressiv çatdırmaq üçün söz və ifadələr arasında bağlayıcıdan imtina edilməsi; məs.: Əti mənim, sümüyü sənin. A. nitqə dinamika verir, təsvirlərin, təəssüratların, hərəkətlərin sürətlə əvəz olunmasına imkan yaradır. A.... Ətraflı
Aşıq sənətinin geniş yayıldığı ərazilərdə yarışda qalib gəlmiş aşığa veriləcək mükafatın asıldığı yer. Adətən, A.-dan asılan hədiyyələr saz, qılınc, heybə və s. olub.... Ətraflı
Ardıcıl sıralanan sözlərdə eyni və ya yaxın saitlərin bir-birini izləməsi, təkrarı; məs.: kor-kor, gör-gör. □ Atalar sözü və məsəllərdə assonansa tez-tez rast gəlmək olar; məs.: Asta vur, usta vur. Qız yükü, duz yükü. Açıq ağız ac qalmaz. Ucundan... Ətraflı
Səma cisimləri – ulduzlar, bürclər, planetlər, eləcə də Günəş və Ayla əlaqədar olan əsatirlər. A.M. dünyanın müxtəlif xalqlarının mifologiyasında mövcuddur və əsasən, astral ayinlərlə bağlıdır. Əkinçiliyə qədərki mədəniyyətlə bağlı olan erkən A.... Ətraflı
Saz üstündə söz qoşan, şeir deyən, mahnı oxuyan, dastan danışan el sənətkarı. □ Aşıq yaradıcılığı Türkiyə və Azərbaycanda geniş yayılıb. Müxtəlif dövrlərdə aşığa dədə, ozan, varsaq, baxşı, yanşaq da deyilib. Qurbani, Abbas Tufarqanlı, Aşıq Alı, Xə... Ətraflı
Azərbaycan xalq yaradıcılığının mühüm qolu, aşıq sənətinin tərkib hissəsi. □ Aşıq ədəbiyyatının əsasını aşıq poeziyası və dastanlar təşkil edir. Aşıq ədəbiyyatı şifahi yolla yayılması, dəyişkənliyi və çoxvariantlılığı ilə folklora, əksər hallarda... Ətraflı
Aşıq şeir formalarına uyğunlaşdırılmış, əsasən, sazda ifa olunan melodiyalar, havacat. □ Aşıq sənəti tədqiqatçıları yüzdən artıq aşıq havaları qeydə alıblar. Məşhur aşıq havalarına aiddir: “Yanıq Kərəmi”, “Ruhani”, “Ayaq Sarıtel”, “Baş Sarıtel”,... Ətraflı
Şifahi xalq ədəbiyyatının bir sıra lirik janrlarını əhatə edən poeziya. □ Məzmun və janr zənginliyi, eləcə də saz havaları ilə bağlılıq aşıq poeziyasının səciyyəvi xüsusiyyətləridir. Aşıq poeziyasının bütün janrları heca vəzninə əsaslanır. Aşıq... Ətraflı
Şifahi xalq yaradıcılığının istiqamətlərindən biri: söz, musiqi və rəqsi özündə birləşdirən sinkretik sənət növü. □ Qafqaz, İran və Anadoluda geniş yayılıb. Aşıq sənətinin əsasında saz aləti dayanır. Qədim dövrdə buna qopuz deyilib. Aşıq sənətində... Ətraflı