Onlayn lüğət

Ən son əlavə edilənlər

82

antiroman

XX əsrin ortalarında Qərb ədəbiyyatında yayılmış modernist nəsrin növlərindən biri; yeni roman, alternativ roman.  A. müəllifləri klassik realist roman ənənələrindən imtina edirdilər. Burada hadisələrdəki bütövlük itir, zaman anlayışı pozulur, əs...    Ətraflı

83

antistrofa

Antik şeirdə eyni vəznlə yazılmış qoşa bəndlərdən ikincisi.  Daha çox yunan xor lirikasına xasdır. Bu cür şeirlər, adətən, triada (üçlük) adlanan hissələrdən ibarət olur. Triadalar vəzninə və qafiyəsinə görə fərqlənə bilər. Hər bir triada strofa,...    Ətraflı

85

antiteton

Antitezanın növlərindən biri: eyni obyektin deyil, iki müxtəlif obyektin bir-birinə əks olan cəhətlərinin qarşılaşdırılması.  Nümunə:
Həmişə ayrıyıq, gecə-gündüzük,
Birimiz təpəyik, birimiz düzük. (B.Vahabzadə)
Bəzən ikinci qarşılaşdırılan birinc...    Ətraflı

86

antiteza

Bədii nitqdə fikri daha təsirli ifadə etmək üçün anlayışların, obrazların, situasiyaların qarşılaşdırılması; bədii təzad. □ Antitezadan yalnız bədii, publisistik ədəbiyyatda deyil, həm də şifahi nitqdə tez-tez istifadə olunur; məs.: Avtomobil dəbd...    Ətraflı

87

antologiya

Müxtəlif yazıçıların seçilmiş əsərlərindən və ya folklor nümunələrindən ibarət məcmuə, toplu. □ Әdəbiyyat tarixində ilk antologiyanı qədim yunan şairi Meleaqr (M.ö. 60-cı illər) tərtib edib. Onun “Çələng” adlı antologiyasına öz əsərlərindən əlavə,...    Ətraflı

88

antonim

Leksik mənalarına görə bir-birinin əksi olan sözlər. □ Antonim sözlərin kökləri fərqli olur: hündür – alçaq, getmək – gəlmək və s. Morfoloji yolla yaradılan əksmənalı­lıq antonim sayılmır; məs.: duzlu – duzsuz, oxumaq – oxumamaq kimi sözlər bir-bi...    Ətraflı

89

antonimiya

Semantik əkslik, mənaca zidd olma; antonimlik....    Ətraflı

90

antonomaziya

1. Metonimiyanın növlərindən biri: müəyyən adı bildirən söz əvəzinə onun əlamətlərini, xüsusiyyətlərini bildirən söz və ifadələrin işlədilməsi.  Metonimiyadan fərqli olaraq A. xüsusi ismi, adı bildirir; məs.: Allah əvəzinə Yeri-göyü yaradan, Məhə...    Ətraflı

91

antropomorfizm

Şifahi və yazılı ədəbiyyatda insana xas keyfiyyətlərin digər canlı və cansız varlıqlara aid edilməsi, yaxud ilahi varlığın insan surətində təsviri.  A. ibtidai insan təfəkkürü, xüsusilə mifologiya üçün çox səciyyəvidir. Allahın insan surətində tə...    Ətraflı

92

antropoqonik miflər

İnsanın (ilk insanın), xalqın mifik ulu əcdadının, ilk insan cütlüyünün və s.-nin yaranması haqqında miflər.  A.M. kosmoqonik miflərin tərkib hissəsi kimi çıxış edir. İnsanların (və ya antropomorfik məxluqların) demiurqlar tərəfindən ağacdan və y...    Ətraflı

93

aplikasiya

Nitqin ekspressivliyini artırmaq məqsədilə hər hansı məşhur ifadənin bir qədər dəyişdirilmiş formada işlədilməsi.  A. zamanı hər hansı frazeoloji birləşmə, məsəl, atalar sözü və ya aforizmin məzmunca dəyişməsi başqa məna çaları yaradır. Lakin yen...    Ətraflı

94

apofeoz

Qədim yunanlarda hökmdarın və ya qəhrəmanın ilahiləşdirilməsi səhnəsi.  Teatr tamaşasında, adətən, xalq qəhrəmanını tərənnüm edən son təntənəli səhnə də A. adlanır. A. kütləvi-monumental xarakter daşıyır. S.Vurğunun “Vaqif” dramında Eldarın başçı...    Ətraflı

95

apokaliptika

Dünyanın axırı (apokalipsis) haqqında elmi-fantastik əsərlər.  A.-nın ilk nümunələrindən biri M.Şellinin “Sonuncu adam” (1826) romanıdır. Sonrakı dövrlərdə E.Po, H.Uels, S.Kinq və başqaları bu janrda yazıb-yaradıblar. XX əsrin II yarısında “soyuq...    Ətraflı

96

apokrif

Xristianların müqəddəs kitabı ilə üst-üstə düşməyən və rəsmi din xadimləri tərəfindən rədd edilən dini ədəbiyyat.  Kilsəyə asi çıxan təriqətlərin inkişafı ilə əlaqədar olaraq A.-lər din əleyhdarlarının əlində mübarizə silahına çevrilmişdi. Bəzi k...    Ətraflı

99

ara söz

Cümlə üzvü funksiyası daşımayan, danışanın ifadə etdiyi fikrə münasibətini bildirən söz və ya söz birləşmələri. □ Xitab kimi ara sözlər də qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan söz və birləşmələr sırasına daxildir. Cümlədə ara sözlər,...    Ətraflı

100

arayış

Müəyyən bir şəxsin kimliyini, yaşayış və ya iş yerini, eləcə də digər faktları təsdiq etmək üçün idarə, təşkilat və s. tərəfindən verilən rəsmi-əməli yazı növü. □ Arayışda bunlar olmalıdır: sol tərəfin üst küncündə idarənin ştampı, ortada sərlövhə...    Ətraflı