Onlayn lüğət

Ən son əlavə edilənlər

41

ad günü

ad günü sözünün mənşəyi, ad günü sözünün etimologiyası

Niyə doğum günü yox, ad günü? Türk aləmində kişi igidlik göstərdikdən, yəni doğum günündən çox sonra ona ad verilirmiş. İndi “doğum günü” anlamında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

42

ada

ada sözünün mənşəyi, ada sözünün etimologiyası

Bu sözün sinonimi ara kəlməsidir (Adalar dənizi ilə yanaşı, Aralıq dənizi də işlədilir). Zənn edirəm ki, hər iki söz eyni olub, sonra mənalarında müəyyən fərq yaranıb. Həm ada, həm də ara tarixən “hər tərəfi su olan yer” anlamını əks etdirib. Qədimdə bu sözün yerinə, otruğ işlədilib. İndiki orta...    Ətraflı

43

adam

adam sözünün mənşəyi, adam sözünün etimologiyası

Bax: adəm. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

44

adamyana

adamyana sözünün mənşəyi, adamyana sözünün etimologiyası

Adam sözü “Adəm” deməkdir, -yana isə farsca -anə (-yanə) şəkilçisinin dəyişmiş formasıdır (şairanə...), bizdəki -casına şəkilçisinin sinonimidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

45

adaptasiya

adaptasiya sözünün mənşəyi, adaptasiya sözünün etimologiyası

lat. adaptatio – uyğunlaşma...    Ətraflı

46

adaq

adaq sözünün mənşəyi, adaq sözünün etimologiyası

Törəmə kökü ada(maq) feilidir, addım sözü ilə eyni kökə malikdir. İlk kök ay (getmək) kəlməsidir, y və d əvəzlənməsi təbii haldır (quyu əvəzinə, quduq işlə­dilən vaxtlar olub). Tıx və tıxa qəlibi üzrə ay və aya (ada) feili düzəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

47

adaqlı

adaqlı sözünün mənşəyi, adaqlı sözünün etimologiyası

Türkmən dilində ad-a-maq feili “ad eləmək”, “niyyət eləmək” anlamında işlə­dilir. Adaq ismi həmin feildən düzəlib və “ad eləmək” mənasını əks etdirir. Adaqlı sifəti də adaq ismindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

48

adaş

adaş sözünün mənşəyi, adaş sözünün etimologiyası

Bu söz ad və daş hissələrindən ibarətdir; daş hissəsi əş kimi olub, “birgəlik, oxşarlıq” bildirib. Adaş “adı bir olan” deməkdir. (-daş şəkilçisi qardaş, yoldaş... sözlərində də işlədilir). Sözün məcazi mənası da var: “dost, yoldaş” anlamlarında işlədilir. Adaş kəlməsi, əslində, addaş kimi olub. B...    Ətraflı

49

adaxlı

adaxlı sözünün mənşəyi, adaxlı sözünün etimologiyası

Ada feilimiz olub və 2 mənada işlədilib:
1. Ad vermək.
2. Ad eləmək. Adaxlı 2-ci məna ilə bağlıdır, “oğlanla qızı bir-birinə ad eləmək” (nişanlamaq) deməkdir. Ada felindən adaq ismi, ondan isə adaxlı sifəti əmələ gəlib. İzahlı lüğətdə adax sö­zünün “nişan” mənası öz əksini tapıb. Türkmən dilində...    Ətraflı

50

adbaad

adbaad sözünün mənşəyi, adbaad sözünün etimologiyası

Qədimdə bizim “və” mənasında (bu, ərəbcədir) işlədilən ma bağlayıcımız olub. Adbaad sözündəki ba həmin ma-nın dəyişmiş formasıdır (az-maz sözündə özünü saxlaya bilib). Söz admaad kimi olub, sonra adbaad şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

51

adda-budda

adda-budda sözünün mənşəyi, adda-budda sözünün etimologiyası

Sözün əsli orda-burda kimi olub, sonra dəyişib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

52

addama

addama sözünün mənşəyi, addama sözünün etimologiyası

Dialektlərdə addamaq feili və addama ismi var. Birinci, suya daş qoyub ayağı üstünə basmaqla o biri taya keçmək deməkdir; ikinci “nərdivan” mənasında işlədilir. Hər ikisi addım kəlməsi ilə bağlıdır. Sonuncu söz “ayağı nərdivanın basqıclarına (pillələrinə) qoymaqla yuxarı qalxmaq və ya aşağı enmək...    Ətraflı

53

addamac

addamac sözünün mənşəyi, addamac sözünün etimologiyası

Əsli ad-la-ma-c kimi olub. Addım (adaq, ayaq) sözü ilə qohumdur. Mə­na­sı “arxda keçid yeri” deməkdir. D-y əvəzlənməsinin mövcudluğunu (qudu və quyu və s.) nəzərə alaraq deyə bilərik ki, elə addım və ayaq da kökdaş sözlər olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

54

addım

addım sözünün mənşəyi, addım sözünün etimologiyası

Mənbələrdə ad (ay, ad) sözləri rus dilindəki “шагать”mənasında verilib. Belə məlum olur ki, ayaq və addım sözlərinin kökü feildir. Ay “yerimək”dir, ayaq isə “yerimək üçün vasitə”dir. Addım atmaq isə sinonimlər birləşməsini xatırladır, hər ikisi eyni kökə malikdir. Atmaq sözündə at (ay, ad) kəlməs...    Ətraflı

55

adenoma

adenoma sözünün mənşəyi, adenoma sözünün etimologiyası

Yunanca aden (vəzi) və oma (şişmə) sözlərindən törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

56

adəm

adəm sözünün mənşəyi, adəm sözünün etimologiyası

Qədim yəhudi dilində “insan” deməkdir. Bizə ərəb dilindən keçib. Türk alə­mində kişi sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

57

Adəmdən-Xatəmə

Adəmdən-Xatəmə sözünün mənşəyi, Adəmdən-Xatəmə sözünün etimologiyası

İlk peyğəmbərdən (Adəm) başlayaraq indiyə qədər (xatəm “sonuncu” deməkdir, görünür, xətm, xitam sözləri ilə qohumdur) olan, yəni “ilk peyğəmbərdən son peyğəmbərə” qədər deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

58

adət

adət sözünün mənşəyi, adət sözünün etimologiyası

Ərəb sözüdür, vərdiş sözünün sinonimidir. Mənası “alışmaq, uyğunlaşmaq” deməkdir, bizdə (türk aləmində) öyrənik sözündən istifadə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

59

adı

adı sözünün mənşəyi, adı sözünün etimologiyası

Bu, ərəb mənşəlidir, ədat yerində işlədilir və a saiti uzun tələffüz olunur. Hərfi mənası “əsla” deməkdir (“onunla adı işin olmasın” cümləsi el arasında çox işlədilir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

60

adına

adına sözünün mənşəyi, adına sözünün etimologiyası

Həftənin IV gününə (cümə axşamına) qabaqlar “adına” demişik, fars sö­zü­dür. Poeziyada çox işlədilib: Rəbiəl - axirdə adına günü, / Şamidan eylədi həm səni, həm məni. (M.Cümə) (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı