Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əziz [əziz] sifət ərəb

1. Sevimli, istəkli, ürəyə yaxın, mehriban, məhəbbətli, şəfqətli, sevən. Əziz oğul. Əziz yoldaş. Əziz dostlar! Əziz ana. Dozanqurdunun da balası özünə əzizdir. (Atalar sözü).
2. Ərköyün, ən istəkli, ən qiymətli, ən dəyərli, ən istənilən. Ananın əziz qızı. Əziz ömrüm. Əzizim əzizdir, canım ondan əzizdir. (Atalar sözü).
3. Doğma, çox yaxın, çox sevilən. Əziz ev. Əziz ailə. Əziz yurd. Hər kəsə öz vətəni əzizdir. (Atalar sözü).
4. Mübarək, ən hörmətli, müqəddəs. Duzdan ləziz, sudan əziz bir şey yoxdur. (Atalar sözü).
5. Ən çox istənilən, ən çox tələb olunan, ən çox sevilən, az tapıldığı, çətin ələ düşdüyü üçün çox qiymətli sayılan. Nə qədər şirindir qəlbə məhəbbət; Ömrün mənasıdır bu əziz nemət. (S.Vurğun).
6. Əzizim, əziziyəm şəklində – bayatıların əvvəlində işlənən söz. Əziziyəm, dilən, gəz; Bağda gülə dilən, gəz. Qürbətdə xan olunca; Vətənində dilən, gəz. (Bayatı).

See also:

frazeologizm: adını əziz tutmaq frazeologizm: əziz tutmaq frazeologizm: xətrini əziz tutmaq Azərbaycan dilinin izahlı lüğəti