Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ətəkləmək [ətəx'ləməx'] feil

1. Ətəyindən tutmaq, tutub saxlamaq. Usta, getdim, yolda ətəklədim, bir qapaz vurdu, yıxıldım. (Ə.Haqverdiyev).
2. Ətəyinə yığmaq.
3. Məcazi mənada: yaxalayaraq əl çəkməmək, yalvarıb xahiş etmək.
4. Məcazi mənada: yarısını keçmək, getmək (yol haqqında). Əynimdə boz şinel, belimdə yaraq; Gedirəm, yolları ətəkləyərək. (M.Rahim).
5. Ətəklə yelləmək. Manqalı, ocağı ətəkləmək.

Azərbaycan dilinin izahlı lüğəti