1. Əsas şeyin üstünə artırılan; üstəlik. □ Əlavə xərc. Əlavə seans. Əlavə dərs. Əlavə vaxt.
2. İsim kimi: kitaba, ayrı-ayrı fəsillərə, yazıya və s.-yə artırılan hissə, bəhs və s. □ Kitabın axırında əlavəsi var. Dissertasiyanın hər fəslinə əlavə verilmişdir.
3. İsim kimi: məcmuə və ya qəzet abunəçilərinə artıq, üstəlik olaraq göndərilən kitabça və s.
4. Qoşma kimi: ...başqa, bundan başqa. □ Bundan əlavə, Qaraca qız özü də oynamağı tərk etmişdi. (S.S.Axundov).
5. Artım, törəmə, bir maddənin, məhlulun və s.-nin tərkibinə, üstünə əlavə edilən maddə və s. □ Dizel yanacaqlarına başqa əlavələr qatılır.
See also: