Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

əhəngdaşı

Əsasən kalsitdən ibarət çökmə süxur.

Təmiz Ə. ağ və ya açıq-boz rənglidir. Üzvi (üzvi qalıqların toplanmasından), homogen (məhlullardan kalsitin çökməsindən) və qırıntı (daha qədim Ə.-ların parçalanma məhsulları olan qırıntıların toplanmasından) mənşəli olur. Ə.-ların əksəriyyəti dayaz dəniz hövzələrində, nadir hallarda isə qurudakı su hövzələrində üzvi qalıqların toplanmasından əmələ gəlir.

Coğrafiya terminləri lüğəti