Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şaqqıldamaq [şak'qıldamax] feil

1. Şaqqıltı səsi çıxarmaq. Göy gurultusu ... qulaqbatıran bir dəhşətlə şaqqıldayırdı. (M.Hüseyn). 
2. Çatırdamaq, çırtıldamaq, şaq-şaq səs çıxarmaq. Kəhrəbadan seçilməz alxımlar nəzərində; Ağzında şaqqıldayıb hər giləsi bal dadar. (S.Rüstəm). 
3. Tərpəndikcə, bir-birinə dəydikcə şaqqıltı səsi çıxar(t)maq (bədən sümükləri haqqında). □ Tərlanın boynu şaqqıldadı. (Ə.Məmmədxanlı). 
4. Şaqqanaq çəkib gülmək, qəhqəhə ilə gülmək. □ Məşədibəy şaqqıldayıb güldü və yumurtanı əlinə aldı. (M.Hüseyn).
5. Cəh-cəh vurmaq, cəh-cəhlə ötmək, oxumaq. □ Meyvəlidir ormanında ağaclar; Şaqqıldayır qırqovullar, turaclar. (A.Səhhət).

Azərbaycan dilinin izahlı lüğəti