Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

şəst fars

Ləyaqət, vüqar, şərəf, heysiyyət; təşəxxüs. (“Koroğlu” dastanının lüğəti)

Düşmənlər girib qəsdinə

Gəlir Koroğlu üstünə,

Dəyərəm sənin şəstinə,

Qazı dibindən, dibindən!

                          (“Koroğlunun qocalığı”)

İndi zərbi şəstim sənə bildirrəm,

Dostun ağladaram, düşmən güldürrəm,

Koroğlu der, vallah səni öldürrəm,

Can alıcı Əzrayılam, gəlmişəm.

                             (Paris nüsxəsi, 2-ci məclis)

Azərbaycan dastanlarının leksikası