Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şıltaq [şıltax] isim

1. Mənasız tələb, iddia, arzu, istək. □ Vəliqulu da başlayıb şıltağı və dava-mərəkəni. (C.Məmmədquluzadə).
2. Kefsizlik, ağrı və s. səbəblər üzündən uşaqlarda ağlamaq və ya çığırmaq şəklində təzahür edən narahatlıq, əsəbiyyət halı. □ ...bu çocuğun nazını çəkir, hər şıltağına dözür. (A.Şaiq). 
3. Sifət kimi: daim şıltaqlıq edən, şıltaqçı. □ Dürdanə xanımın qızı Sonanı da, o baş çıxarmadığı şıltaq qızı da indi Qadir görmək istəmirdi. (Ə.Əbülhəsən). 
4. Sifət kimi: ağlayıb-qışqırmaqla öz istəyindən əl çəkməyən; inadcıl, inad, tərs. □ Şıltaq uşaq.
5. Sifət kimi məcazi mənada: dəyişkən, qərarsız, sabit halda olmayan, gözlənilmədən dəyişən. □ Şıltaq dəniz. Şıltaq hava.

Azərbaycan dilinin izahlı lüğəti