Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

üzdəməx'1

Ağdam, Çənbərək, Gəncə, Şəmkir, Şəki

Seçmək, seçib götürmək. □ Üzdüyüf yaxşıların, pisdəri qalıf (Ağdam); A Ceyran, üzdəmə, gə bir tərəfdən yığ (Şəmkir); O, armıdı üzdəməy isdədi, mən qoymadım (Şəki); Çovannar üzdüyür gətdiyini də (Çənbərək).

üzdəməx'2

Şəki

Qaymağını yığmaq. □ Sütü üzdiyəndə qatığı yağsız olar.

Azərbaycan dilinin dialektoloji lüğəti