1. Dalğalanmaq, təlatümə gəlmək. □ Xəzər çalxalandı, səsində vüqar; Xəzər heç bayaqkı Xəzər deyildi. (N.Xəzri).
2. Atılıb-düşmək, silkələnmək, yırğalanmaq. □ Maşın çalxalanır.
3. Məcazi mənada: hərəkətə gəlmək, təlatümə gəlmək, həyəcana gəlmək, bir-birinə qarışmaq. □ Bağdad bu bəd xəbərdən çalxalandı bir anda. (B.Vahabzadə).