Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çalmaq1 [çalmax] feil

1. Çalğı alətində bir musiqi nömrəsi icra etmək, çalğı alətini səsləndirmək. □ Tar çalmaq. Dumbul çalmaq. Pianino çalmaq.
2. Vurmaq, çaxmaq, qaxmaq. □ Sağ divardan sol divara bir mıx çalıb ip çəkər, gəlinin ipək çarşabını o ipin üstünə atardılar. (H.Sarabski).
3. Döymək, taqqıldatmaq, vurmaq. □ Darvazanı çalmaq.
4. Biçmək. □ Bir az sonra əllərinə dəryaz götürüb ot çalardılar, taxıl biçərdilər. (İ.Hüseynov).
5. Sancmaq, vurmaq, dişləmək (həşərat və ilan haqqında). □ Əqrəb uşağı çaldı.
6. Müəyyən çaları olmaq, bənzəmək; az bənzəmək, oxşamaq, andırmaq (rəng haqqında). □ Qırmızıya çalmaq. Sarıya çalmaq.
7. Səs çıxarmaq, səs vermək, səslə bildirmək (xəbər vermək), vurmaq. □ Kürd Əhməd faytonçunu yola salıb, dalandan keçərək, balaca bir qapının zəngini çaldı. (M.İbrahimov).
8. Zərbə endirmək, vurmaq. □ Zəyəm pristavı Oqarişşev Seyid Hənifəni .. tövləyə qatıb, o qədər onun burnuna çalır ki, bir vedrə qan axır. (C.Məmmədquluzadə).
9. Qapıb almaq, qoparıb götürmək, almaq. □ Şeyx Haşimi atını irəli sıçradır, bir göz qırpımında Leylini yerdən çalıb, yəhərin qaşı üzərinə atır. (Ə.Məmmədxanlı).
10. Oğurlamaq, çırpışdırmaq. □ Mollanın börkünü çalıb oğru; Yüyürüb qaçdı bir bağa doğru. (M.Ə.Sabir).
11. Qarışdıraraq eynitərkibli kütlə halına gətirmək; qatılaşdırmaq, qəlizləşdirmək. □ ..yaxşı, sən yumurta çal, mən də samovarı odlayım. (M.İbrahimov).
12. Qatışdıra-qatışdıra bişirmək. □ Quymaq çalmaq.

çalmaq2 [çalmax] feil

Çalğı ilə süpürmək; çalğılamaq. □ Dünənki kimi bu gün də Hüseyn böyük xırmanın qırağını əvvəlcə çaldı, sonra şanaladı. (S.Rəhimov).

çalmaq3 [çalmax] feil

Çalma kimi başına sarımaq. □ Xanpəri acıqlı olanda kəlağayısının ucu ilə başını çalardı. (Ə.Vəliyev).

See also:

frazeologizm: acından qarnı fit çalmaq frazeologizm: ayıya qaval çalmaq frazeologizm: ayrı hava çalmaq frazeologizm: balta çalmaq frazeologizm: başqa hava çalmaq (oxumaq) frazeologizm: çaldığına oynamaq frazeologizm: çırtıq çalıb oynamaq frazeologizm: dili topuq vurmaq (çalmaq) frazeologizm: əli çalıb ayaqları oynamaq frazeologizm: halvasını çalmaq frazeologizm: hansı ilan çalıb (vurub) frazeologizm: hər çalınan havaya oynamaq frazeologizm: həyəcan təbili çalmaq frazeologizm: xəşilini çalmaq frazeologizm: kefi fıştırıq çalmaq frazeologizm: köhnə hava çalmaq frazeologizm: külüng çalmaq frazeologizm: qanad çalmaq frazeologizm: qarnı fit çalmaq frazeologizm: qələm çalmaq frazeologizm: qəm sazını çalmaq frazeologizm: qılınc çalmaq frazeologizm: qulağı çalmaq frazeologizm: nə hava çalsalar, oynayır frazeologizm: şeypur çalmaq frazeologizm: şeypuru gen başından çalmaq frazeologizm: toran çalmaq (qarışmaq) frazeologizm: yıxılana balta çalmaq frazeologizm: zurna çalmaq Azərbaycan dilinin izahlı lüğəti