Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çabalamaq [çabalamax] feil

1. Ağrıdan, qızdırmadan və başqa bir səbəb üzündən çırpınmaq, bədəni sarsılmaq, əl-ayağını oynatmaq. Xosrov hələ də çınqıl üzərində çabalayırdı. (S.Rəhimov).
2. Zor bir vəziyyətdən qurtarmaq, yaxud da gücü çatmadığı bir işin öhdəsindən gəlmək üçün çox çalışmaq, əlləşmək, cəhd etmək, səy etmək.At ha çabaladı, ha partdadı, ayaqlarını Dəmirçioğlunun əlindən qurtara bilmədi. (“Koroğlu”).
3. Məcazi mənada: zor bir vəziyyətdən qurtarmaq, yaxud da gücü çatmadığı bir işin öhdəsindən gəlmək üçün çox çalışmaq, əlləşmək, cəhd etmək, səy etmək.Qaçay bu qarma-qarışıq fikirlərin torunda çabalayarkən uzun-uzadı siqnal səsi eşitdi. (İ.Məlikzadə).

Azərbaycan dilinin izahlı lüğəti