1. Müxtəlif yollarla birisinin çaşmasına, çaşıb-qalmasına, özünü itirməsinə səbəb olmaq. □ Hadisə Qadiri elə çaşdırmış, ruhunu və qəlbini elə sıxmışdı ki, elə bil o gözəl qıza olan hissi və duyğuları da indi onun yadından çıxmışdı. (Ə.Əbülhəsən).
2. Heyrətləndirmək, təəccübləndirmək, heyrətə salmaq. □ Şərəfoğlunun gözlənilmədən və özü də belə namünasib vaxtda gəlməsi Rüstəm kişini çaşdırmışdı. (M.İbrahimov).
3. Məcazi mənada: yolunu itirmək, yoldan çıxmaq, azmaq; yanlış yola sövq etmək, düz yoldan sapdırmaq, yolundan azdırmaq. □ İnsan oğlu dinc durmadı; Düz yolunu çaşdı yenə. (S.Vurğun).