Reklam
Reklam

Tarix terminləri lüğəti

cəngavər ordenləri

Qərbi Avropada XII–XV əsrlərdə cəngavərlərin təşkilatları.

İlk C.O. səlib yürüşləri dövründə zəbt edilmiş ərazilərin müdafiəsi və genişləndirilməsi üçün katolik kilsəsinin rəhbərliyi altında yaradılıb. Lakin C.O.-nin fərqli məqsədləri də olub – bütpərəstlərə, quldurlara, qarətçilərə, hər hansı kral, yaxud senyorun düşmənlərinə qarşı mübarizə və s. Çoxsaylı ordenlərin ömrü, müəyyən istisnalarla (məs.: ioanitlər, tampliyerlər, Tevton, Santyaqo, Alkantara ordenləri), uzun olmayıb. Qızıl və gümüşdən hazırlanıb qiymətli daşlarla bəzədilmiş xüsusi fərqlənmə nişanlarının sinədə gəzdirilməsi ənənəsinin əsasını da məhz C.O. qoyub. Həmin nişanları bir müddət sonra orden adlandırmağa başlayıblar.

Həmçinin bax:

Tarix terminləri lüğəti