4 cildlik "Azərbaycanca-rusca lüğət"in tərtibçilərindən biridir. Ali məktəblər üçün "Azərbaycan dili" dərsliyinin, "Məktəblinin ədəbiyyat lüğəti "nin həmmüəlliflidir. 50-dən artıq elmi işin müəllifidir. Rusiyada, Türkiyədə, həmçinin Madrid, Roma, Buxarest şəhərlərində keçirilən elmi konfranslarda leksikoqrafiya üzrə məruzələrlə çıxış etmişdir. “Azleks”ə daxil olan “Məktəblilər üçün dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti”nin redaktoru, “Azərbaycan dastanlarının leksikası” lüğətinin müəllifidir.