Reklam
Reklam

Komanda

Elxan Nəcəfov

Elxan Nəcəfov

Hədəf Tədris Mərkəzinin Azərbaycan dili fənn rəhbəri

1982-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunda anadan olub. Orta məktəbi Babək rayon Nehrəm kəndində bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində bakalavr, Gəncə Dövlət Universitetində isə magistr təhsili alıb.

2007-2009-cu illərdə “Qafqaz” gimnaziyasında Azərbaycan dili və ədəbiyyatı fənlərindən dərs deyib. 2008-ci ildən Hədəf Tədris Mərkəzində çalışır. 2009-2014-cü illərdə Hədəf Tədris Mərkəzinin Xırdalan filialının müdiri, 2014-cü ildən isə təhsil-tədris işləri üzrə direktor və Azərbaycan dili fənn rəhbəri vəzifələrini icra edir. Abituriyentlər üçün “Azərbaycan dili” dərs vəsaitinin, “Ədəbiyyat”, “Azərbaycan dili” testlər toplusunun, “Vurğu lüğəti”nin həmmüəllifi, “Ədəbiyyat nəzəriyyəsi” kitabının müəllifi, 8-ci və 9-cu siniflər üçün “Azərbaycan dili” dərsliklərinin redaktorudur.