Reklam
Reklam

Komanda

Qulu Məhərrəmli

Qulu Məhərrəmli

Filologiya üzrə elmlər doktoru, "Azleks" lüğətlər toplusunun baş redaktoru

1954-cü ildə Zəngilanda doğulub, orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib.

2007-ci ilə kimi AzTV-nin müxtəlif qurumlarında reportyor, redaktor, şöbə müdiri, siyasi icmalçı, baş redaktor və departament direktoru vəzifələrində çalışıb. Bir sıra populyar verilişlərin aparıcısı olub. Ssenariləri əsasında 20-yə yaxın sənədli film çəkilib. 30-a yaxın kitabın, dərslik və dərs vəsaitlərinin, o cümlədən “Kütləvi kommunikasiya və dil”, “Televiziya nitqi və ədəbi tələffüz”, “Ekran və ana dili”, “Audiovizual nitq”, “Televiziya dili”, monoqrafiyalarının, “Televiziya, kino, radio terminləri”, “Mediada işlənən alınma sözlər” izahlı lüğətlərinin müəllifidir. 2014-2016-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik institutunun şöbə müdiri olub. Hazırda BDU-nun “Televiziya və radio jurnalistikası” kafedrasının professorudur. "Azleks" layihəsi çərçivəsində "Məktəblinin alınma sözlər lüğəti", "Azərbaycan dilinin frazeologiya lüğəti", "Jurnalistika terminləri lüğəti" və digər lüğətlərin tərtibində iştirak etmişdir.