Reklam
Reklam

Форум

“İştirak etmək” anlamında “qatılmaq” feili istifadə oluna bilərmi?
avatar
Bəli, istifadə oluna bilər. "İştirak etmək", "qoşulmaq", "qatılmaq" sinonim sözlərdir. подробнее
Ninja, yoxsa nindza? Ninjutsu, nincitsu, nincütsu yoxsa nindzutsu?
avatar
Azərbaycan dilinin son orfoqrafiya lüğətinə görə - nindza. подробнее
Bu günədək, yoksa bugünədək?
avatar
"Bu gün" ayrı yazılan mürəkkəb sözdür. Bu sözə şəkilçi qoşulduqda və ya o, mürəkkəb söz daxilində işləndikdə bitişik yazılır: bugünkü, bugünlük, bugün-sabah. Bu günədək sözündə dək - qoşmadır (kimi, qədər... подробнее
Açar söz bölməsi lazımlı idi, onu ləğv etdiniz sayt maraqsız və qəliz olub.
avatar
Araşdırmamıza görə bu funksiyaya çox az adam müraciət edirdi. Biz onu başqa funksiya ilə əvəz etdik. Hazırda sözü səhv yazsanız belə, həmin yazılışa yaxın sözlər çıxacaq. подробнее
Salam frazeologiya lüğət hara yoxa çıxıb? Əvvələr hər hərfi açar sözü yazaraq istədiyim qədər xalq deyimləri oxuyub əzbərləyirdim, indi isə o məsəlləri tapa bilmirəm. Xaiş edirəm bunu bərpa edin
avatar
İndi də həmin funksiya mövcuddur. Məsələn "ayaq" sözünü yazsanız, həmin sözün işləndiyi bütün frazeologizmlər çıxacaq. подробнее
Salam, hər vaxtınız xeyir. Bu saytı niyə belə dəyişmisiniz? "Obastan" bağlandı, orada sinonimlər, antonimlər və s. lüğətlər də var idi, sizdə də heç olmasa əvvəlki versiyada sözü bütün mətnlərdə axtarmaq imkanı var idi, amma indi saytın bu yeni versiyasında o imkan da ləğv edilib. Niyə belə edirsiniz, imkanlar niyə gündən-günə məhdudlaşdırılır?
avatar
Mən də Azərbaycan türkcəsini öyrənməyə başlayan bir türk olaraq, aşağıda maddələr halında verdiyim mövzular üzrə yaxşılaşdırmaların aparılmasını vacib hesab edir və bunu xüsusilə gözləyirəm. 1. Sözlərin sinonimlərinin və antonimlərinin verilməsi... подробнее
Əskik, yoxsa əksik?
avatar
Kelimenin kökeni Eski Türkçede "egsük" şeklindedir. Kaşgarlıda geçer. Eski Türkçe egsü- (eksik olmak) filiinden türemiş. Kelime bazı Türkiye Türkçesi ağızlarında (dialektlerinde) ve Azerbaycan Türkçesinde metateze yani göçüşmeye uğramış. Örnek: kirpik>kiprik,... подробнее
Düzgün yazılış forması hansıdır: xarakiri, yoxsa harakiri?
avatar
Zənnimcə, bu heç də həmişə bu şəkildə öz əksini tapmır. Belə ki, auto İngilis dilində "auto" şəklində yazılıb tələffüz olunduğu halda, bizim dildə bu "avto"dur. Sual "v" hərfi necə peyda... подробнее
"Bir çox adam" yoxsa "bir çox adamlar"?
avatar
Bir çox adamlar. "Bir çox" və "bir sıra" qeyri-müəyyən miqdar saylarından sonra gələn isim cəmdə işlənir. подробнее
Necə məqalə göndərə bilərəm?
avatar
Salam, azleks.az saytında məqalənizin dərc edilməsi üçün [email protected] ünvanına ətraflı məlumat göndərə bilərsiniz. Komanda üzvlərimiz sizə geri dönüş edəcək. подробнее