Reklam
Reklam
  • Tısbağa bilmir, damını dalında gəzdirir. (Azərbaycan)
  • Arxa su gələnə qədər qurbağanın canı çıxar. (Azərbaycan)
  • Yaxşı at yemini artırar, yaman at qamçısını! (Azərbaycan)
  • Keçinin əcəli gələndə buynuzunu çobanın çomağına sürtər. (Azərbaycan)
  • Yaxşı at özünə qamçı vurdurmaz. (Azərbaycan)
  • Tısbağanı ya öldür, ya arxası üstə çevir! (Azərbaycan)
  • İlan hər yerə əyri gedər, öz yuvasına düz! (Azərbaycan)
  • Dayça at olunca yiyəsi mat olar. (Azərbaycan)
  • Tülkü tülkülüyünü sübut edincə dərisi boğazından çıxar. (Azərbaycan)
  • Çaqqal var ki, baş kəsər, qurdun adı bədnamdır. (Azərbaycan)
  • Qurddan qorxan qoyun saxlamaz. (Azərbaycan)
  • Sürüyə qurd gələndə, köpəyi yuxu tutar. (Azərbaycan)
  • Qurd adını dəyişər, xasiyyətini dəyişməz. (Azərbaycan)
  • Aslan qocalanda başına çaqqallar yığılar. (Azərbaycan)
  • Ayı meşədən küsüb, meşənin xəbəri yox. (Azərbaycan)
  • Dəvənin qanadı olsa, uçmamış dam qalmaz. (Azərbaycan)
  • Dəvədən böyük fil var. (Azərbaycan)
  • Dəvə nə qədər arıq olsa, dərisi bir eşşəyə yükdür. (Azərbaycan)
  • Dəvə qulağından asılmaz. (Azərbaycan)
  • Qoç olmamış buynuz çıxardar. (Azərbaycan)