- Evdəki hesab bayıra çıxmaz. (Azərbaycan)
- Ev bizim, sirr bizim. (Azərbaycan)
- Uşaq atasından güclüsünü bilməz. (Azərbaycan)
- Ölməz, itməz Xədicə, görər nəvə-nəticə! (Azərbaycan)
- Dövlətdə dəvə, övladda nəvə! (Azərbaycan)
- Babadan hümmət – nəvədən xidmət. (Azərbaycan)
- Qocadan demək, cavandan kömək! (Azərbaycan)
- Yol böyüyündür, su kiçiyin! (Azərbaycan)
- Kiçiyin kiçik yeri var, böyüyün – böyük! (Azərbaycan)
- Böyük sözünə baxmayan böyürə-böyürə qalar. (Azərbaycan)
- Böyük olan yerdə kiçik danışmaz. (Azərbaycan)
- Söz var, el içində, söz var, ev içində. (Azərbaycan)
- Atanın duası, ananın ahı yerdə qalmaz. (Azərbaycan)
- Atana necə baxarsan, övladın da sənə elə baxar. (Azərbaycan)
- Atasını, anasını görməsəydim, özünə xan deyərdim. (Azərbaycan)
- Atasında olmayanı balasında axtarma. (Azərbaycan)
- Atalar nə əkiblər, oğullar onu biçiblər. (Azərbaycan)
- Ata olarsan, ata qədrini bilərsən! (Azərbaycan)
- Atası balıqçı olub, oğlu da suya baxır. (Azərbaycan)
- Ata malından mal olmaz, özün qazanmaq gərək! (Azərbaycan)