- Alçalıb qalmaqdansa, yüksəlib ölmək yaxşıdır. (Ləzgi)
- Alim olmaq asandır, adam olmaq çətin. (Ləzgi)
- Kəmağılın dili uzun olar. (Ləzgi)
- Əcələ macal yoxdur. (Ləzgi)
- Olmayan canı Əzrayıl da ala bilməz. (Ləzgi)
- Bağsız kənd, qoyunsuz yaylaq dəyəsi, hər zaman “mən-mən” deyən adam; üçü də bir işə yaramaz. (Kürd)
- Heç kim heç kimin qəbrinə girməz. (Hind)
- Hər bir günahın içində qarğışa gedəcək bir yol var. (Kürd)
- Deyirlər, sən ki yola çıxdın, qəza-bəla da yola çıxır. (Kürd)
- Könlündəki bir dərd belindəki on yükdən ağırdır. (Kürd)
- Çırağın kora, nağaranın kara faydası yoxdu. (Kürd)
- Yerinə səpilməyən toxum bar verməz. (Hind)
- İynə hara gedirsə, sap da onun ardınca gedir. (Hind)
- Sən doğulanda ağlayırdın, amma dünya sevinirdi. Elə bir həyat yaşa ki, dünyadan köçəndə dünya ağlasın, sən isə sevinəsən. (Hind)
- Bu gün keçmişdə olan şeylər, bir vaxtlar gələcəkdə idi. (Hind)
- Zibillikdə göbələk tez yetişər, amma tez də qopub düşər. (Gürcü)
- Yaxşı ovçunun tüfəngi pas atmaz. (Gürcü)
- Vicdanın dişi yoxdur, amma dişləyib-didir. (Gürcü)
- Vicdan əzabı qamçıdan güclüdür. (Gürcü)
- Şeytanlar öz aralarında didişirlər, insanlarla vuruşanda birləşirlər. (Gürcü)