- Əgər sükutu yaxşıya doğru pozmursansa, heç pozma. (Çin)
- Ağıza, dişə düşən söz məmləkətləri gəzər. (Kürd)
- Əməlsiz sözdə təsir olmaz. (Azərbaycan)
- Dəyirman bildiyini eylər, çaq-çaq baş ağrıdar. (Azərbaycan)
- Söymə qul atamı, söyməyim bəy atanı! (Azərbaycan)
- Adamın başına nə gəlsə, dilindəndir. (Azərbaycan)
- Adamı sözündən tutarlar, heyvanı buynuzundan. (Azərbaycan)
- Adam ağzında söz, qazan altında köz. (Azərbaycan)
- Dilini saxlayan başını saxlar. (Azərbaycan)
- Dil yanılar düzünü deyər. (Azərbaycan)
- Dil var, bal gətirər, dil var – bəla. (Azərbaycan)
- Dil ağrıyan dişə dəyər. (Azərbaycan)
- Yarı gör, özün danış, ev yıxar ara sözü. (Azərbaycan)
- Kişi öz sözünün ağası olar. (Azərbaycan)
- İt hürər, karvan keçər. (Azərbaycan)
- Ara sözü ev yıxar. (Azərbaycan)
- Səhrada gül bitməz, cahilə söz yetməz. (Azərbaycan)
- Haqq söz acı olar. (Azərbaycan)
- Haqq söz axar suları saxlar. (Azərbaycan)
- Saqqalım yoxdur, sözüm ötmür. (Azərbaycan)