Reklam
Reklam
  • İstəmədiyini başqasına da rəva bilmə. (Saxur)
  • Birini ye, beşini sədəqə ver. (Saxur)
  • Pulsuz ol, abırsız olma. (Saxur)
  • Xörək başqasının, qarın sənindir. (Saxur)
  • Xətrə toxunası sözü ağzından çıxarma. (Saxur)
  • Pambıq üstə axsayandır. (Saxur)
  • Hər çağırılan yerə getməzlər. (Saxur)
  • Görüləsi işi bir ay qabaq gör. (Saxur)
  • Evdə umac bişirə bilməyən, kənd üçün plov bişirir. (Saxur)
  • Onun ipinin üzərində çovdar qurutmaq olmaz. (Saxur)
  • Ayaqlarını su aparır, başı isə göydədir. (Saxur)
  • Nə uzanıbsan, elə bil yüz qoyun qazanıbsan? (Saxur)
  • Çayı görməmiş çırmalanma. (Saxur)