Reklam
Reklam
  • Təki baş sağ qalsın, papaq tapılar. (Ləzgi)
  • İki evin urvasından üç fətir olar. (Ləzgi)
  • Dənizə daş atmaqla suyu bulanmaz. (Ləzgi)
  • Qıfılsız dil baş ağrıdar. (Ləzgi)
  • Keçəlin bəxti yeyin olar. (Ləzgi)
  • Kələklə gələn, küləklə gedər. (Ləzgi)
  • Xəncər ləzgiyə yaraşar. (Ləzgi)
  • Kar iki dəfə gülər. (Ləzgi)
  • Plov bişirməyə söz yox, düyü ilə yağ gərəkdir. (Ləzgi)
  • Alçalıb qalmaqdansa, yüksəlib ölmək yaxşıdır. (Ləzgi)
  • Alim olmaq asandır, adam olmaq çətin. (Ləzgi)
  • Kəmağılın dili uzun olar. (Ləzgi)
  • Əcələ macal yoxdur. (Ləzgi)
  • Olmayan canı Əzrayıl da ala bilməz. (Ləzgi)