- Namərdin qanadı altında olmaqdansa, qartalın caynağında olmaq yaxşıdır. (Ləzgi)
- Qonaq üç günlük olar. (Ləzgi)
- Dəvənin dərisi eşşəyə yüküdür. (Ləzgi)
- Siçan çıxdı yuvasından, yuvasını bəyənmədi. (Ləzgi)
- Təki baş sağ qalsın, papaq tapılar. (Ləzgi)
- İki evin urvasından üç fətir olar. (Ləzgi)
- Dənizə daş atmaqla suyu bulanmaz. (Ləzgi)
- Qəriblikdə padşah olmaqdansa, vətəndə nökər olmaq yaxşıdır. (Ləzgi)
- Qarğadan gözəl quş istədilər, balasını gətirdi. (Ləzgi)
- Elə yerdə otur ki, durğuzmasınlar. (Ləzgi)
- İtdən törəyən it olar. (Ləzgi)
- Kasıb hamama gedər, isti su buz bağlayar. (Ləzgi)
- Kasıb bacını doğma qardaş da istəməz. (Ləzgi)
- İnək su içər-süd olar, ilan su içər-zəhər. (Ləzgi)
- Toyuq yumurtasına görə qaqqıldar. (Ləzgi)
- İgidin qədrini igid bilər, gülün qədrini bülbül. (Ləzgi)
- Arifə bir söz bəsdir, eşşəyə bir əsa. (Ləzgi)
- Dosta borc vermə, hər ikisi əldən gedər. (Ləzgi)
- Qıfılsız dil baş ağrıdar. (Ləzgi)
- Əl mərd olar, göz namərd. (Ləzgi)