- Roma bir gündə qurulmadı. (İtalyan)
- Çayın dərinliyini iki ayaqla sınama. (İtalyan)
- Xəstəyə üç şey kömək edər: sevgi, şərab və hamam. (İtalyan)
- Ən yaxşı zireh – məsafə saxlamaqdır. (İtalyan)
- Dünya qiymətli bir kitaba bənzəyir. Yazıb-oxumağı bilməyən ondan xəbərsiz qalır. (İtalyan)
- Daha çox yaşaya bilmirsənsə, daha dərin yaşa. (İtalyan)
- Böyük dərdlər səssizdir. (İtalyan)
- Batmağa başlayan kimi üzməyi öyrənəcəksiniz. (İtalyan)
- Atalar sözləri kəpənək kimidir, hamısı uçur, bəzilərini tuturlar. (İtalyan)