- Yaşamaq üçün ye, yemək üçün yaşama. (İtalyan)
- Vicdan əzabı çəkənin ittihamçıya ehtiyacı yoxdur. (İtalyan)
- Min dəfə solğun olmaqdansa, bir dəfə qızarmaq yaxşıdır. (İtalyan)
- Qarşı tərəfdə ot həmişə daha yaşıl olur. (İtalyan)
- Kim tək başına işləyirsə, üç nəfərin işini görür. (İtalyan)
- Kim düşünürsə ki, pul ona hər şey verəcək, sonda pul üçün hər şey edəcək. (İtalyan)
- İstəyirsən ki, səni dəyərləndirsinlər — öl! (İtalyan)
- Əgər kimsə sizinlə həmişəkindən daha çox mehribandırsa, bu o deməkdir ki, sizi aldadıb və ya aldatmaq üzrədir. (İtalyan)
- Çoxları kəsmək istədikləri əli öpürlər. (İtalyan)
- Cüzdanında pulu olmayanın ağzında bal olmalıdır. (İtalyan)