Reklam
Reklam
  • Könlü yemiş istəyən dolanar tağ başına. (Azərbaycan)
  • Könlü balıq istəyən quyruğunu suya vurar. (Azərbaycan)
  • Yazda oynayar, gülər, qışda acından ölər. (Azərbaycan)
  • Yaz günündə tərləməyən qış günündə titrəyər. (Azərbaycan)
  • Yaz əkinçi, qış dilənçi. (Azərbaycan)
  • Yaz bitirir, yay yetirir, payız gətirir, qış aparır. (Azərbaycan)
  • Yayda kölgədə yatan qışda qar üstə yatar. (Azərbaycan)
  • Yayda kölgə xoş, qışda çuval boş. (Azərbaycan)
  • Yayda işləyən qışda dişləyər. (Azərbaycan)
  • Yayda başı bişənin qışda aşı bişər. (Azərbaycan)
  • Ağıllı kişi qışın qeydinə yayda qalar. (Azərbaycan)
  • Qalan işə qar yağar! (Azərbaycan)
  • Kürkü yayda al, orağı qışda. (Azərbaycan)
  • Yel əsəndə yellənir, yol görəndə yollanır. (Azərbaycan)
  • Yel aparan yelinki, yerə qalan mənimki. (Azərbaycan)
  • Gündüz çıraq yandıran axşam qaranlıqda qalar. (Azərbaycan)
  • Axşamın xeyrindən gündüzün şəri yaxşıdır. (Azərbaycan)
  • Gecə qara, cücə qara. (Azərbaycan)
  • Yayda işlə, qışda dişlə. (Azərbaycan)
  • Ölmə, eşşəyim, ölmə, yaz gələr, yonca bitər. (Azərbaycan)