- Dil ağrıyan dişə dəyər. (Azərbaycan)
- Yarı gör, özün danış, ev yıxar ara sözü. (Azərbaycan)
- Kişi öz sözünün ağası olar. (Azərbaycan)
- İt hürər, karvan keçər. (Azərbaycan)
- Ara sözü ev yıxar. (Azərbaycan)
- Səhrada gül bitməz, cahilə söz yetməz. (Azərbaycan)
- Haqq söz acı olar. (Azərbaycan)
- Haqq söz axar suları saxlar. (Azərbaycan)
- Saqqalım yoxdur, sözüm ötmür. (Azərbaycan)
- Pis söz qəlp puldur, yiyəsinə qayıdar. (Azərbaycan)
- Sözün yalanı olmaz, yanlışı olar. (Azərbaycan)
- Sözün doğrusunu uşaqdan xəbər al! (Azərbaycan)
- Sözün düzünü zarafatla deyərlər! (Azərbaycan)
- Sözü sən at, yiyəsi götürər. (Azərbaycan)
- Sözü ağzında bişir, sonra çıxart. (Azərbaycan)
- Söz gəzdirən adamdan qorx! (Azərbaycan)
- Söz danışıqdan keçər. (Azərbaycan)
- Ev kimindir? – oturanın, söz kimindir? – götürənin. (Azərbaycan)
- Atalar sözünün başı vicdan qorxusudur. (Azərbaycan)
- Atalar sözü öyüddür bizə. (Azərbaycan)