- Qonaq birinci gün qızıldır, ikinci gün – mis. (Azərbaycan)
- Qonaq bərəkət gətirər. (Azərbaycan)
- Qonağa görə süfrə açarlar. (Azərbaycan)
- Qonağa "get" deməzlər, palazı altından çəkərlər. (Azərbaycan)
- Qonağa "çörək yeyirsən?" deməzlər. (Azərbaycan)
- Qonağın ruzisi özündən qabaq gələr. (Azərbaycan)
- Qonaq sevənin süfrəsi boş olmaz! (Azərbaycan)
- Könlü yemiş istəyən dolanar tağ başına. (Azərbaycan)
- Könlü balıq istəyən quyruğunu suya vurar. (Azərbaycan)
- Yazda oynayar, gülər, qışda acından ölər. (Azərbaycan)
- Yaz günündə tərləməyən qış günündə titrəyər. (Azərbaycan)
- Yaz əkinçi, qış dilənçi. (Azərbaycan)
- Yaz bitirir, yay yetirir, payız gətirir, qış aparır. (Azərbaycan)
- Yayda kölgədə yatan qışda qar üstə yatar. (Azərbaycan)
- Yayda kölgə xoş, qışda çuval boş. (Azərbaycan)
- Yayda işləyən qışda dişləyər. (Azərbaycan)
- Yayda başı bişənin qışda aşı bişər. (Azərbaycan)
- Ağıllı kişi qışın qeydinə yayda qalar. (Azərbaycan)
- Qalan işə qar yağar! (Azərbaycan)
- Kürkü yayda al, orağı qışda. (Azərbaycan)