Reklam
Reklam
  • Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır. (Azərbaycan)
  • Varını verən utanmaz. (Azərbaycan)
  • Dünya malı dünyada qalacaq. (Azərbaycan)
  • Qızıl ləyənin içinə qan qusandan sonra nəyə gərək?! (Azərbaycan)
  • Dövlətlinin xoruzu da yumurtlar. (Azərbaycan)
  • Dövlətlinin dili uzun olar, əli qısa. (Azərbaycan)
  • Dövlətin ən yaxşısı ağıldır. (Azərbaycan)
  • Dövlətə bel bağlama. (Azərbaycan)
  • Dövlət dəniz suyu kimidir: içdikcə içmək istəyirsən. (Azərbaycan)
  • Aldığın sənin deyil, xərclədiyin sənindir. (Azərbaycan)
  • Dövlət ağıllının nökəridir, axmağın ağası. (Azərbaycan)
  • Yaxşıya yaxşı deyərlər, yamana yaman. (Azərbaycan)
  • Yaxşılıq qarşılıqlı (ikitərəfli) olur. (Azərbaycan)
  • Yaxşılıq itməz. (Azərbaycan)
  • Yaxşılıq eləyib, bir şey umursansa, eləməsən yaxşıdır. (Azərbaycan)
  • Yaxşılıq eləyən yaxşılıq görər. (Azərbaycan)
  • Yaxşılıq elə, minnət qoyma. (Azərbaycan)
  • Yaxşılıq elə ki, başına gəlsin. (Azərbaycan)
  • Yaman yeyənin olsun, yaman deyənin olmasın. (Azərbaycan)
  • Yaman olmasa, yaxşılığın qədri bilinməz. (Azərbaycan)