Reklam
Reklam
  • Eqoizm özünü sevməkdə deyil, bu sevginin həddən artıq olmasındadır.
  • İnsan iki il danışmağı öyrənir, həyatının qalan hissəsini isə – susmağı.
  • Xoşbəxt insan – əlindəkilərlə qane olmağı bacarandır.
  • Öz üzərində hakimiyyətin olmadan azadlıq əldə etmək mümkün deyil.
  • Axmağı iki əlamətinə görə tanımaq olar: o faydasız mövzular haqqında çox danışır və ondan soruşulmadığı halda fikir bildirir.
  • Yoxsulluq var-dövlətin azalmasında deyil, tamahın artmasındadır.
  • Ən sonda düşmənlərimizin sözlərini yox, dostlarımızın səssizliyini xatırlayacağıq.
  • Qorxusu olmayan yox, qorxularına qarşı çıxa bilən insan cəsurdur.
  • Qoy seçiminiz qorxularınızı yox, ümidlərinizi əks etdirsin.
  • İnsanlar gerçəkliyə uzun müddət dözə bilməzlər.
  • Sual vermək bacarığı həqiqəti öyrənmək üçün ən böyük vasitədir.
  • Kədərinizi bağrınıza basın. Çünki orada ruhunuz böyüyəcək.
  • Hər birimizin daxilində tanımadığımız başqa birisi var.
  • Dünya səndən kim olduğunu soruşacaq və əgər sən bunu bilmirsənsə, o özü sənə deyəcək.
  • Nə qədər ki olanları qəbul etmirik, heç nəyi dəyişdirə bilmərik.
  • Əgər sadəcə özünüz olaraq qalsanız, başqaları ilə müqayisə və rəqabət etməsəniz, hər kəs sizə hörmət edəcək.
  • Daim başqalarının nə düşündüyünə diqqət yetirsən, onların daimi əsirinə çevrilmiş olarsan.
  • Yaxşı döyüşçü heç vaxt qəzəblənməz.
  • Gözləntiniz olmadan hərəkət edin.
  • Barmağınızla kimi isə işarə etməzdən əvvəl əllərinizin təmiz olduğuna əmin olmalısınız.