Tamamlanmamış təhsil, yarımçıq təhsil. □ Bəs sənin istədiyin o idi ki, Cahangir ağa yarımtəhsildə qalsın? (S.S.Axundov).
1. Musiqi. İki qonşu səs arasında ən qısa interval, səsin ən az qalxması və ya enməsi.
2. Rəssamlıq. Açıq ton ilə tutqun ton arasını təşkil edən aralıq rəng, boya.
1. Yarım ton (500 kiloqram) ağırlığında olan. □ Yarımtonluq yük.
2. Yarım ton tutan, yarım ton ağırlıq qaldıran. □ Yarımtonluq yük maşını. Yarımtonluq kran.
Tamamilə uçulub dağılmamış, qismən uçulmuş. □ Yarımuçuq ev. Yarımuçuq divar.
İxtisasa tam yiyələnməmiş, hələ tamamilə usta olmamış adam.
Lazımınca mədəni olmamış, vəhşi kimi. □ Yarımvəhşi xalq.
Yarı-yarı, bütövün yarısı miqdarında. □ Hərəsinə yarım-yarım alma vermək.
Bax: yarıyetişmiş.
Yarısı yun və yarısı pambıqdan və ya süni iplikdən olan (toxunmuş). □ Yarımyun parça. Yarımyun jaket.
Tam yuvarlaq olmayan, bir qədər yuvarlaq olan.
İdman. İdmançıların çəki dərəcələrindən biri. □ Yarımyüngül çəkili güləşçi.
Tam zərif olmayan, bir az qaba olan. □ Yarımzərif yunlu qoyun cinsi.
Evin qismən yer altında olan alt mərtəbəsi; zirzəmiyə oxşayan yer.
1. Sabah, gələcək gün. □ Mübarizə bu gün də var; yarın da; Mən də onun ən ön sıralarında. (R.Rza).
2. Gələcək. □ Müjdə verdin bizlərə gözlənilən yarından. (M.Rahim).
Bax: yarınmaq.