1. Lazım olmaq, gərək olmaq, faydalı olmaq, fayda vermək. □ Heç şeyə yarıyan deyil.
2. Təmin olmaq, məmnun olmaq, arzusuna çatmaq. □ Yarıdıq, yaza çıxdıq, bəxtəvər başımıza. (N.Vəzirov).
Arşının yarısı uzunluğunda olan. □ Yarımarşın bez. Yarımarşın enində.
Yarımarşın uzunluğunda olan.
Tam müstəqil olmayan, başqalarından qismən asılı olan, qismən tabe olan. □ Yarımasılı ölkələr. Yarımasılı vəziyyət.
Elektrotexnika. Tam avtomat olmayan, qismən avtomatlaşdırılmış. □ Yarımavtomat cihaz. Yarımavtomat maşın.
Bax: yarımavtomat.
Təqvim ayının yarısı. □ Birinci yarımayın maaşı. İkinci yarımayın planı.
Aypara şəklində olan. □ Qazamat divarları uca; Qapının yarımay deşiyindən; Zaman-zaman görünür bir qoca. (R.Rza).
Tam maye olmayan, çox duru olmayan, bir qədər qatı halda olan. □ Yarımmaye maddə.
1. Yarım ay davam edən, yarım ay müddətində görülən, yarım aya nəzərdə tutulan. □ Yarımaylıq iş qalıb. Yarımaylıq proqram.
2. Yarım ayda çatacaq. □ Yarımaylıq maaş.
Məqsədinə, arzusuna, kamına çatmayan: nakam, bədbəxt, binəsib.
Bax: yarımvəhşi.
Bax: yarıbayğın.
Bax: yarıbərk.
Tam bükülü olmayan, qismən bükülmüş. □ Qürbət sağ əlini enli və qalın toqqasına keçirib sol qıçını yarımbükük halda qatladı. (Ə.Vəliyev).
“Yarım”dan kiç. □ Yarımca saat gözləyin. Yarımca gün vaxt lazımdır.